Novxanıda baş verən partlayışda iki nəfər xəsarət alıb YENİLƏNİB

03.12.2024

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Dekabrın 3-də saat 08:10 radələrində Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb edilib.

Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər (1 qadın, 1 kişi) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

08:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından iki nəfər sağ çıxarılaraq xilas edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью