Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Novxanı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 29-da saat 16:00 radələrində qeydə alınıb. Hərəkətdə olan “Hyundai Elantra” markalı maşın, “Hyundai Tucson” markalı avtomobillə toqquşub. İddialara əsasən, qəzaya səbəb “Hyundai Elantra”nın sürücüsünün əks istiqamətli yola çıxması olub. Nəticədə o, həmin istiqamətdə gələn maşına çırpılaraq dərəyə düşüb. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “Hyundai Elantra”nın sürücüsü xəsarət alıb.
Qeyd edək ki, hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin