Novxanıda “KamAZ”ların akkumulyator və yanacağını oğurlayanlar tutuldu

21.12.2024

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Abşeronda yük maşınlarından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Novxanı qəsəbəsi ərazisində müxtəlif vaxtlarda “KamAZ” markalı 5 yük avtomobilindən akkumulyator və yanacaq oğurlanıb.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 33 yaşlı E.Alşanov və 35 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью