Novxanıda ölümlə nəticələnən qəza oldu

18.11.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 2005-ci təvəllüdlü İlkin Paşayev “Vaz 21074” markalı avtomobillə Saray-Novxanı yolu ilə avtobus dayanacağına doğru hərəkət edən 1967-ci il il təvəllüdlü piyada Nərminə Hüseyn qızı Tanarverdiyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью