Novxanıda təhlükəli anlar: “Prius” sürücüsü qəzadan görün necə yayındı VİDEO

02.02.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Novxanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobil kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, qəza günorta saatlarında qeydə alınıb.

Kadrlardan görünür ki, sərnişini götürmək üçün “BYD” markalı avtomobilin sürücüsü maşını yolun kənarına sürərərək dayanır. Onun hərəkəti arxadan gələn nəqliyyat vasitələrinin sürətini azaltmasına səbəb olur. Lakin ondan iki maşın sonra hərəkətdə olan “Toyota Prius” markalı avtomobil sürücüsü, önündəki maşınla toqquşmamaq üçün yoldan çıxaraq maşını dərəyə sürür. 

Qeyd edək ki, video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi taksi fəaliyyəti ilə məşğul olan “BYD” sürücüsünü günahlandırıblar. Lakin hadisədən görünür ki, “Toyota Prius” sürücüsü düzgün ara məsafəsini saxlamadığı üçün çıxılmaz vəziyyətə düşərək qəzadan son anda yayınıb.

Hər bir sürücü belə xoşagəlməz halların baş verə biləcəyini nəzərə almalı və təhlükəsizliyi təmin etmək üçün ara məsafəsini düzgün təyin etməlidir.

Nərmin

Oxunub 142

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью