Novxanıdakı partlayışda bir nəfər dağıntılar altından xilas edildi FOTOLAR

03.12.2024

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Novxanı kəndində baş vermiş partlayışda bir nəfər dağıntılar altından xilas edilib.

Bu barədə Moderator.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью