Novxanıdakı yeganə park abadlaşdı

30.01.2026

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Novxanı kəndində aparılan təmir-bərpa işləri çərçivəsində əhəmiyyətli infrastruktur layihələr həyata keçirilib. 

525.az xəbər verir ki, Novxanıdakı yeganə istirahət parkının abadlaşması isə sakinlərin lap ürəyincə olub. Parkın hasarlarına aqlay örtüyü çəkilib, bütün köhnə çərçivələr dəyişdirilib, işıqlandırma sistemi yenidən qurulub. Xatırladaq ki, 1993-cü ildə elə bu parkda Novxanı kəndinin ən məşhur tarixi şəxsiyyətlərindən birinin - Məhəmməd Əmin Rəsulzadənin heykəli ucaldılıb. Aparılan kompleks təmir-bərpa işləri zamanı həmin heykəlin ətrafındakı mərmər plitələr yenilənib, əraziyə təzə tametlər, qazon döşənib. İstirahət mərkəzində yaşıllaşdırma işləri aparılıb, landşaft dizaynına uyğun dekorativ bitkilər, güllər əkilib, skamyalar qoyulub. Rəsulzadə parkı kənd sakinləri və qonaqlar üçün abad istirahət məkanına çevrilib. 

Novxanı kəndindəki abadlıq işləri hələ başa çatmayıb. Hazırda evlərin fasadında, hasarlarda dekor-bəzək işləri aparılır. Bakı kəndlərində təmir-bərpa işləri eyni səviyyədə, müasir standartlara uyğun aparılsa da, hər məkanın tarixən formalaşmış siması qorunub saxlanılır. Kəndlərin biri digərindən daha gözəl görkəm alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью