Noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi yekunlaşıb

26.11.2024

Icma.az, Azpost saytına istinadən bildirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişini də yekunlaşdırıb.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 23-də isə ölkəmizin bölgələrində yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Beləliklə, noyabr ayı üzrə bütün sosial ödənişlərin verilməsi prosesi yekunlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью