Noyabr üzrə bütün müavinətlər ödənilib

26.11.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

Dövlət Sosial Müdafiə Fondundan AzVision.az -a verilən məlumata görə, beləliklə, cari ayın bütün sosial ödənişləri başa çatdırılıb.
Noyabrın 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üzrə noyabr ayının pensiyaları, noyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin noyabr ayı üzrə pensiyaları, bu gün (noyabrın 26-sı) isə noyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью