Noyabrda Azərbaycanda 11 gün qeyri iş günü olacaq

08.10.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar üçün ardıcıl dörd gün istirahət olacaq.

Oxu.Az xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, noyabrın 10-u da qeyri-iş günü olacaq.

Beləliklə, noyabrın 7-si, 8-i, 9-u və 10-u ardıcıl olaraq qeyri-iş günləri olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью