Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabr ayı bəzi bürclər üçün münasibətlərdə, maliyyə məsələlərində və iş həyatında sınaqlarla yadda qala bilər.
Bakıvaxtı.az xəbər verir ki, astroloji proqnozlara əsasən, bu dövrdə bir sıra bürclərin tələsik qərarlardan çəkinməsi, xərclərinə nəzarət etməsi və şəxsi münasibətlərdə daha səbirli davranması tövsiyə olunur.
Qoç
Qoçlar noyabrda iş həyatında müəyyən gərginliklərlə üzləşə bilərlər. Rəhbərlik və iş yoldaşları ilə fikir ayrılıqları yarana bilər. Maliyyə məsələlərində düşünülməmiş addımlar əlavə xərclərə səbəb ola bilər. Şəxsi münasibətlərdə isə emosiyalara qapılmamaq vacibdir.
Əkizlər
Əkizlər üçün noyabr ünsiyyət baxımından mürəkkəb keçə bilər. Yanlış anlaşılmalar münasibətlərdə narazılıq yarada bilər. İşlə bağlı qərarları tələsik verməmək, maliyyə məsələlərində isə riskli investisiyalardan uzaq durmaq məsləhətdir.
Şir
Şirləri iş həyatında gözlənilməz dəyişikliklər və əlavə məsuliyyətlər gözləyə bilər. Planlaşdırılmamış xərclər büdcəyə təsir göstərə bilər. Sevgi münasibətlərində qürurun ön plana çıxması mübahisələrə yol aça bilər.
Əqrəb
Əqrəblər üçün noyabr emosional baxımdan gərgin ola bilər. Keçmişdə həll olunmamış məsələlər yenidən gündəmə gələ bilər. İşdə yeni təklifləri diqqətlə qiymətləndirmək, pul məsələlərində isə borc və kreditlə bağlı qərarlara tələsməmək tövsiyə olunur.
Oğlaq
Oğlaqlar iş həyatında gözlədikləri nəticələri əldə etmək üçün daha çox səy göstərməli ola bilərlər. İş yükünün artması yorğunluq yarada bilər. Şəxsi münasibətlərə vaxt ayırmaq və maliyyə planlamasına diqqət yetirmək vacibdir.
Murad İsmayıl