Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
“Son günlər noyabr ayına baxanda havaların qeyri-adi isti keçməsi müşahidə olunur. Göstəricilərə görə, ölkəmizdə noyabr ayının orta gündüz temperaturu adətən 10–15°C, gecə isə 3–8°C civarında olur”.
Bununla bağlı meteroloq Cavidan Əliyev Demokrat.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, temperaturun 20°C-ə qədər qalxması noyabr üçün normadan 5–10°C yüksəkdir:
“Belə istilik həm havanın təbii ritmini pozur, həm də insan orqanizminə müxtəlif təsir göstərə bilər. Orqanizm bu qeyri-adi istiliklə uyğunlaşmağa çalışır və immunitet bir qədər zəifləyə bilər, xüsusilə uşaqlar və yaşlılar üçün. Havanın yüksək olması yuxu rejiminə təsir edə, allergiya və tənəffüs problemlərini artıraraq nəfəs yollarına əlavə yük yarada bilər. Ürək-damar sistemi üçün də stres faktoru kimi qiymətləndirilir, xüsusilə yüksək təzyiqi olan insanlar üçün risk var. Noyabr ayına görə 20°C istilik qeyri-adi sayılır, lakin qısa müddətli olduqda ciddi təhlükə yaratmır. Belə havalarda açıq havada iş zamanı ehtiyatlı olmaq və orqanizmin ritmini qorumaq tövsiyə olunur”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bununla bağlı meteroloq Cavidan Əliyev Demokrat.az-a açıqlama verib.