Noyabrda sərhəddə 1, 7 milyon manatlıq qaçaqmal tutulub

03.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət Sərhəd Xidmətinin qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilən mübarizə tədbirləri nəticəsində noyabr ayında ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində, gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Makarov PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью