Noyabrda xarici ticarət dövriyyəsində 200 milyonluq mənfi saldo yaranıb

18.12.2025

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Noyabr ayında Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 726,9 milyon dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ay ərzində ixracın həcmi 1 milyard 763,9 milyon dollar, idxal isə 1 milyard 963 milyon dollar təşkil edib.
Qeyd edək ki, əvvəlki ayla müqayisədə noyabr ayında ixrac 1,23 milyard dollar, idxal isə 495 milyon dollar azalıb. Nəticədə noyabr ayında xarici ticarət saldosunda mənfi 199,1 milyon dollar kəsir qeydə alınıb.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью