Noyabrın 1 dən bu avtobuslar dəyişir Gedişhaqqı...

29.10.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir.

Bu barədə Milli.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata əsasən, 156 nömrəli marşrut üzrə 10 ədəd "İsuzu Citibus" markalı, 156A nömrəli marşrut üzrə isə 4 ədəd "İsuzu HC45" markalı müasir və komfortlu avtobus daşımalara cəlb ediləcək.

Hər iki marşrut nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 manat müəyyən edilib.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью