Noyabrın 14ü ölübmüş, meyiti dünən kabinetində tapıldı...

24.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin hərbiləşdirilmiş dəstəsinin rəisi Andrey Veranyanın meyiti kabinetində tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 67 yaşlı A.Veranyan noyabrın 14-ü ölüb, lakin meyiti ötən gün saat 16:15 radələrində tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью