Noyabrın 18 də gözlənilən hava şəraiti

17.11.2025

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью