Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 768 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.