Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanda noyabr ayı üzrə pensiyaların ödənilməsi noyabrın 20-də tam başa çatdırılacaq.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 20-də respublika üzrə bütün pensiyaların ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Elektronika məhsulları
Həmin gün güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş şəxslərin də pensiyaları ödəniləcək.
Beləliklə, noyabr ayı üzrə pensiya ödənişləri müəyyən edilmiş qrafikə uyğun olaraq respublika üzrə tam başa çatdırılacaq.