Bizimyol saytına istinadən Icma.az xəbər verir.
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacaq.