Noyabrın 27 si və 28 i ilə bağlı XƏBƏRDARLIQ: 2 GÜN...

17.11.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabrın son günlərində Yer kürəsində maqnit qasırğası baş verə bilər. Kosmik hava proqnozlarına görə, ayın 27-28-də geomaqnit aktivliyinin artacağı və G1 səviyyəli zəif maqnit qasırğasının müşahidə ediləcəyi ehtimal olunur.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi noyabrın 16-da yenilənmiş 27 günlük proqnozunu açıqlayıb.

Proqnoza əsasən, noyabrın 27-28-də geomaqnit sahəsində G1 səviyyəli aktivlik gözlənilir. Bundan əlavə, noyabrın 26-da geomaqnit sahəsinin aktivləşəcəyi, noyabrın 29-da isə qeyri-sabit vəziyyətin müşahidə oluna biləcəyi bildirilir. ShopByBro

G1 maqnit qasırğası şkala üzrə ən zəif səviyyə hesab olunur. Belə hadisələr zamanı elektrik şəbəkələrində cüzi dalğalanmalar, peyk sistemlərinin fəaliyyətində isə kiçik dəyişikliklər mümkündür.

Maqnit qasırğaları zamanı bəzi insanlar baş ağrısı, yorğunluq, yuxu pozuntusu və ümumi halsızlıq hiss etdiklərini bildirirlər. Bununla belə, geomaqnit aktivliyi ilə bu simptomlar arasında birbaşa səbəb-nəticə əlaqəsi elmi cəhətdən tam təsdiqlənməyib.

Qeyd edək ki, kosmik hava proqnozları Günəşdə baş verən proseslərdən asılı olaraq dəyişə bilər. Buna görə də noyabrın sonuna yaxın göstəricilərin yenidən dəqiqləşdirilməsi mümkündür./Sfera.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью