Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Müstəqil Dövlətlər Birliyinin (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibləri S
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
Məlumata görə, tədbirdə Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri Vladimir Putin, Kasım-Jomart Tokayev, Aleksandr Lukaşenko, Sadır Japarov, Emoməli Rəhmon və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcəklər.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan “Armenpress” agentliyinə bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin iclaslarında iştirak etməyəcək.
“Sessiya zamanı beynəlxalq və regional təhlükəsizliyin cari məsələlərinin, habelə Qazaxıstan Respublikasının bu il KTMT-yə sədrliyi dövründə prioritetlərin həyata keçirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin müzakirəsi planlaşdırılır”, - deyə Qazaxıstan Xarici İşlər Nazirliyi mətbuat xidməti qeyd edib.
P.ƏMİRCANOVXQ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.