Noyabrın 28dən şagirdlərin məktəbdəbkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start verilir

26.11.2024

Icma.az, Operativmedia saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

MÜTDA-dan "Operativ Media"ya verilən məlumata görə, 28 noyabr 2024-cü il saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə start veriləcək.
İdman və yaradıcılıq sahələri üzrə dərnək və qruplara elektron qəbul prosesi valideynlər tərəfindən portal.edu.az saytı vasitəsilə aparılacaq.
Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.
Elektron qəbulun tətbiqində məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью