Noyabrın 28nə olan hava proqnozu

27.11.2024

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Noyabrın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündü 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью