Noyabrın 30da dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir AZƏRTAC | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 noyabr, AZƏRTAC Noyabrın 30-da dünya ictimaiyyəti üç əlamətdar günü qeyd edir. AZƏRTAC həmin əlamətdar günləri təqdim edir.
Ümumdünya Ev Heyvanları GünüBu bayramın təsis edilməsi ideyası 1931-ci ildə Florensiyada (İtaliya) keçirilən təbiəti mühafizə hərəkatı tərəfdarlarının Beynəlxalq Konqresində irəli sürülüb.
Sonra müxtəlif ekoloji təşkilatlar və cəmiyyətlər insanlara planetdəki bütün canlılar, o cümlədən ev heyvanları üçün məsuliyyət hissi aşılamaq məqsədi daşıyan müxtəlif kütləvi tədbirlər keçirməyə hazır olduqlarını bəyan ediblər.Ümumdünya Ev Heyvanları Gününə həsr edilmiş tədbirlər çox müxtəlifdir və hər ölkədə fərqli şəkildə keçirilir.
Bəzi ölkələrdə heyvanların qəddar davranışdan müdafiəsi üçün piketlər, digər ölkələrdə heyvanlar üçün sığınacaq və ya klinikalar yaradılmasına kömək məqsədilə fləşmoblar, üçüncü ölkələrdə pişik və it sərgiləri, digər maraqlı tədbirlər təşkil olunur.
Son illərdə Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır.
Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.Bütün bu aksiya və tədbirlərin əsas məqsədi geniş ictimaiyyətin (ilk növbədə böyüməkdə olan nəslin) diqqətini ev heyvanlarının (o cümlədən sahibsiz heyvanların) problemlərinə cəlb etmək, onlara və ümumiyyətlə canlı təbiətə qayğıkeş münasibət, ev heyvanlarının qorunması üçün məsuliyyət hissi tərbiyə etməkdir.
Kimyəvi Silahların Qurbanlarının Anım GünüBu anım günü İlk dəfə aprelin 29-da qeyd olunub.
Tam oxu
Xəbəri oxu