Noyabrın 9na olan hava proqnozu

08.11.2024

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью