Noyabrın ən yaxşı futbolçusu adına namizədlər

05.12.2024

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. SİA yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu mükafata 8 oyunçu iddia edir.

Bunlar "Mançester Yunayted"dən Brunu Fernandeş (2 qol, 1 məhsuldar ötürmə), "Liverpul"dan Rayan Qravenberx (2 qol, 1 məhsuldar ötürmə) ilə Məhəmməd Salah (4 qol, 1 məhsuldar ötürmə), "Arsenal"dan Bukayo Saka (2 qol, 3 məhsuldar ötürmə), Martin Edeqor (1 qol, 2 məhsuldar ötürmə), "Brayton"dan Juan Pedro (2 qol, 2 məhsuldar ötürmə), "Vulverhempton"dan Mateus Kunya (3 qol, 1 məhsuldar ötürmə) və "Brentford"dan Yoan Vissadır (3 qol).

Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Qeyd edək ki, "Nottinqem Forest"in hücumçusu Kris Vud oktyabrın ən yaxşı futbolçusu adına layiq görülmüşdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью