Noyabrın son günləri belə keçəcək Yağış, qar, sel...

27.11.2026

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda noyabrın son günlərindən başlayaraq bir neçə gün davam edəcək yağıntılı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın intensivləşəcəyi, dağlıq rayonlarda qar yağacağı, çaylarda sululuğun artacağı və sel keçəcəyi ehtimal olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacaq. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi və şimşək çaxacağı ehtimal edilir. Məişət texnikası

Ölkənin rayonlarında isə noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Xidmət yağıntılarla əlaqədar çaylarda sululuğun artacağını, bəzi dağ çaylarından qısamüddətli sel keçə biləcəyini də istisna etmir.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью