Noyer 2 ci yerə yüksəldi

02.12.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Manuel Noyer bundesliqanın tarixində ən çox oyun keçirən qapıçılar arasında 2-ci pilləyə yüksəlib.
"Football-plus.az" xəbər verir ki, Almaniya çempionatının 12-ci turunda “Bavariya”nın “Sankt Pauli” ilə matçı (3:1) onun liqada 534-cü oyunu olub. Manuel bu göstərici ilə vaxtilə “Borussiya” (Dortmund) və “Ştutqart”ın şərəfini qoruyan Ayke İmmelin nəticəsini təkrarlayıb. Qapıçılar arasında bundesliqada lider 557 oyunla Oliver Kandı.
2011-ci ildən “Bavariya”da çıxış edən Noyer ötən müddət ərzində 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun və 8 dəfə superkubokun qalibi olub. O, həmçinin Çempionlar Liqasının ikiqat qalibidi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью