Noyer Avropa çempionatlarının rekordçusu oldu

29.07.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatlarında ən çox oyuna çıxan qolkiper olub.

Futbolpress.az xəbər verir ki, o, Avro-2024-ün A qrupunun üçüncü turunun İsveçrə ilə görüşündə meydana çıxaraq bu ünvanı qazanıb. Görüş Noyerin Avropa çempionatlarındakı 18-ci matçı olub.

Bundan əvvəlki rekord italiyalı Canluici Buffona aid idi. Keçmiş qapıçı Avropa çempionatlarında 17 oyun keçirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью