Noyer Bayerndə qalacaq

07.01.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

"Bayern"in qapıçısı Manuel Noyer tezliklə klubu ilə müqaviləsini uzadacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər 2026-cı ilin yayına kimi müqavilənin şərtlərini razılaşdırıblar.

38 yaşlı kapitanla yeni müqavilənin imzalanması ilə bağlı rəsmi açıqlama yaxın günlərə planlaşdırılır.

Manuel Noyer 2011-ci ilin yayından “Bayern”in şərəfini qoruyur.

Bu mövsüm qapıçı Vinsent Kompaninin komandasının heyətində bütün yarışlarda 19 oyun keçirib, 13 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью