Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Noyer Bundesliqa tarixində birinciliyə yaxınlaşır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa tarixində ən çox oyun keçirən qapıçılar arasında ikinci pilləyə yüksəlib.
QOL.az xəbər verir ki, Almaniya çempionatının 12-ci turunda Münhen təmsilçisinin "Sankt-Pauli" ilə matçı Manuel Noyerin liqada 534-cü oyunu olub. Bu göstərici sayəsində futbolçu vaxtilə “Borussiya Dortmund” və “Ştutqart”ın şərəfini qorumuş Ayke İmmelin nəticəsini təkrarlayıb.
Qapıçılar arasında Bundesliqada lider 557 oyunla Oliver Kandır.
Qeyd edək ki, 2011-ci ildən “Bavariya”da çıxış edən Noyer bu müddət ərzində 12 dəfə Almaniya çempionu, 5 dəfə ölkə kubokunun və 8 dəfə Super kubokun qalibi olub. O, həmçinin ikiqat Çempionlar Liqası qalibidir.