Noyer Çempionlar Liqasında qapıçılar arasında rekordçu oldu

23.10.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında qapıçılar arasında ən çox qələbə sayı üzrə rekord müəyyənləşdirib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, 39 yaşlı çərçivə qoruyucusu bu uğura Çempionlar Liqasının 3-cü turunda "Bavariya"nın "Brügge"ni 4:0 hesabı ilə məğlub etməsi ilə nail olub.

Belçika təmsilçisi üzərində qazanılan qələbə Noyerin Avropanın əsas klub turnirində 102-ci qalibiyyəti olub ki, bu da qapıçı üçün rekorddur.

O, reytinqdə "Real Madrid"in sabiq qapıçısı İker Kasilyası geridə qoyub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью