Noyer daha bir il Bavariyada qalacaq | Icma.az
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. "Bavariya" qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayacaq.
QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, məlumatı Almaniya klubunun idman direktoru Maks Eberl təsdiqləyib.
38 yaşlı qapıçı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanacaq. M. Eberl deyib: "Danışıqlar doğru yoldadır.
Bəzi detalları aydınlaşdırmaq qalıb. Əminəm ki, bu edildikdə, hər iki tərəf xoşbəxt olacaq".
Qeyd edək ki, Manuel Noyer "Bavariya"ya 2011-ci ildən "Şalke"dən transfer olunmuşdu.
O, hazırda ilin sonuna qədər zədə səbəbindən sıradan çıxıb. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu