Noyer daha bir rekorda imza atdı

19.10.2025

Icma.az, News24 portalına istinadən məlumat verir.

"Bayern Münhen"in qapıçısı Manuel Noyer yeni rekorda imza atıb.

News24.az xəbər verir ki, təcrübəli çərçivə qoruyucusu Münhen təmsilçisinin "Borussiya"nı 2:1 hesabı ilə məğlub etdiyi oyunla birlikdə Bundesliqada 363-cü qələbəsini qazanıb.

O, sabiq komanda yoldaşı Tomas Mülleri (362) geridə qoyaraq Bundesliqa tarixində ən çox qalibiyyət görən futbolçu olub.

Noyer 530 oyunda bu rəqəmə çatıb.

O, 2011-ci ildən "Bayern Münhen"də çıxış edir. 39 yaşlı qapıçı Almaniya nəhənginin heyətində ümumilikdə 571 oyuna çıxıb.(Offsideplus.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью