Noyer Müllerin rekordunu yeniləyib

19.10.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Manuel Noyer Bundesliqada qələbə rekordunu yeniləyib. “Bavariya”nın qapıçısı üçün bu gün Dortmund “Borussiya”sına qarşı qazanılan 2:1 hesablı qələbə Almaniya çempionatında 363-cü olub.

Apasport.az xəbər verir ki, Noyer bununla keçmiş komanda yoldaşı və əvvəlki rekordçu Tomas Mülleri (362 qələbə) geridə qoyub.

Bu nailiyyət üçün həmçinin “Şalke”də də çıxış etmiş Noyerə 530 oyun lazım olub, Müller isə bunu 503 matçda bacarıb.

Onların ardınca gələnlər: Oliver Kan (310), Manfred Kalts (291), Robert Levandovski (274), Mats Hummels (268), Filip Lam (250), Lothar Matteus (249), Zepp Mayer (249) və Klaudio Pisarro (248).

"Beşiktaş"a ağır zərbə: "Gençlerbirliği" 2 dəqiqədə 2 qolla qələbə qazandı "Barselona" kritik 3 xalı son dəqiqədə qazandı Premyer Liqa klubunun baş məşqçisi istefa verib "Fənərbaxça" serbiyalı yarımmüdafiəçi ilə maraqlanır "Fənər"dən sonra “Beşiktaş” da Azərbaycanı təbrik edib - YENİLƏNİB
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью