Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bayern Münhen"in 39 yaşlı qapıçısı Manuel Noyer zədələnib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Qolkiper Almaniya Bundesliqasının 14 turu çərçivəsində "Maynts 05" ilə matçda (2:2) xəsarət alıb. Təcrübəli qapıçının sağ bud əzələsi yırtılıb. Onun bərpa müddətinin nə qədər vaxt aparcağı açıqlanmayıb.
Qeyd edək ki, Noyer 2011-ci ildən "Bayern"in uğurları üçün çalışır. O, komandasının heyətində ümumilikdə 581 matça çıxıb. Manuel cari mövsüm 20 oyunda iştirak edib.
Kamil Xudiyev