Nqolo Kante Beşiktaş ın transfer təklifinə müsbət yanaşır

05.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Fransa millisinin futbolçusu Nqolo Kante Türkiyənin "Beşiktaş" klubunun transfer təklifinə müsbət yanaşdığını bildirib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "ağ-qaralar" "Əl-İttihad"da çıxış edən futbolçuya üçillik müqavilə təklif edəcəklər.

Qeyd edək ki, Nqolo Kante bu mövsüm "Əl-ittihad" klubunda meydana çıxdığı 25 oyunda üç qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью