NTD iki basketbolçunun transferini reallaşdırıb

07.01.2025

Icma.az bildirir, Report.az portalına istinadən.

NTD iki basketbolçunun transferini reallaşdırıb.

Bakı klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, amerikalı Detrek Brauninq və Tayri Boykinlə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.

29 yaşlı D.Brauninq son olaraq Polşa liqasında oynayan "Zastal" klubunun şərəfini qoruyub. 26-yaşlı T.Boykinin isə Gürcüstan təmsilçisi TSU-da çıxış edib.

Qeyd edək ki, klub bu gün Kvinton Kempbell ilə də müqavilə imzalayıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью