Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 29 sentyabr, AZƏRTAC
NTD üç yerli basketbolçu ilə güclənib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi Hüseyn Qaflanov, Maqsud Hümmətov və Məhəmməd Hüseynlini heyətinə qatıb.
Hər üç basketbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, gənc basketbolçular peşəkar karyeralarına məhz NTD-də başlayıblar.