NTD vidalaşdığı basketbolçuların adlarını açıqladı

27.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

NTD bir neçə basketbolçusu ilə əməkdaşlığa son qoyub.

Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. 

Paytaxt təmsilçisi Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuzla vidalaşıb.

Budan əlavə, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib.

Azərbaycanın U-20 millisinin basketbolçuları Oğuzxan Quliyev və Mübariz Mirzəyev ilə sözləşmənin müddəti uzadılıb. Hər iki oyunçu daha bir il paytaxt təmsilçisinin formasını geyinəcək.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью