NTDnin baş məşqçisi: “Oyunun nəticəsini komandalar arasındakı səviyyə fərqi müəyyənləşdird…
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Oyun haqqında danışılası çox şey yoxdur”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gənc mütəxəssis "Sabah"a 86:110 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Onun sözlərinə görə bu matç olanlar üçün böyük dərs olub: “Hazırda "Sabah" bizdən bir baş üstündür və oyun da bunu göstərdi.
Əgər bu oyundan düzgün nəticələr çıxarıb, dərs ala bilsək, inkişaf edəcəyik. Bu oyun bizim üçün böyük təcrübə olacaq.
Mən deyərdim ki, oyunun nəticəsini komandalar arasındakı səviyyə fərqi müəyyənləşdirdi".
Qeyd edək ki, NTD IV turdan sonra 5 xalla A qrupunda 4-cüdür.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu