NTDnin basketbolçusu: Bu mövsüm üçün əsas məqsədimiz playoffa çıxmaqdır | Icma.az
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. “Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik".
Apasport.az xəbər verir ki, bunu NTD komandasının basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlamasında deyib: "İki oyunda biz özümüz özümüzə məğlub olduq.
Əslində, 3-0 olmalı idi. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə səbəb oldu. İndi məşqlərimiz davam edir.
Biz artıq bir müddətdir hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır.
Əgər meydançada öz gücümüzü göstərə bilsək, qələbələri qazanacağıq.
NTD-yə keçid mənim üçün böyük bir fürsət idi, ona görə də bu klubu seçdim.
Bu mövsüm üçün əsas məqsədlərimiz play-off-a çıxmaq və çempionluq titulunu qazanmaqdır.
Komanda olaraq bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq. Azərbaycan basketbol liqasında "4+1" limiti var.
Tam oxu
Xəbəri oxu