NTDnin basketbolçusu: Əsas məqsədlərdən biri pleyoffa yüksəlməkdir | Icma.az
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə yüksəlmək və uğur qazanmaqdır.
"Report" xəbər verir ki, bunu NTD-nin basketbolçusu Detrek Brauninq klubun mətbuat xidmətinə müsahibəsində deyib.
O, Bakı təmsilçisini seçməsinin səbəblərinə aydınlıq gətirib: “Təklif dekabrda gəldi və biz danışıqlara başladıq.
Agentim NTD-də peşəkarların çalışdığını dedi və bu diqqətimi çəkdi.
Mənim üçün buraya həyat yoldaşımla gəlmək vacib idi və onlar bunu təmin etdilər.
Mövsümün əvvəlindən liqanı izləyirdim, çünki burada oynayan bir neçə dostum var.
Hətta ötən mövsüm "Gəncə"də çıxış edən Markus Gilson ilə Gürcüstan çempionatını qazandım. Yəni liqadan xəbərdaram.
Tam oxu
Xəbəri oxu