NTDnin basketbolçusu: İki görüşdə özümüz özümüzə uduzduq | Icma.az
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Cari mövsümdə əsas məqsədlərimiz pley-offa çıxmaq və çempion olmaqdır.
Sport24.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Daniel Mudi klubun mətbuat xidmətinə açıqlamasında çempionatın geridə qalan üç turunda komandasının çıxışını dəyərləndirərkən deyib.
O, ilk 3 matçda qələbə qazanamalı olduqlarını vurğulayıb: "Düşünürəm ki, liqanın ilk 3 oyununda 3 qələbə qazanmalı idik.
İki görüşdə özümüz özümüzə uduzduq. Müdafiədəki səhvlərimiz və qeyri-dəqiq atışlarımız məğlubiyyətlərə gətirib çıxardı.
Məşqlərimiz davam edir. Artıq xeyli müddətdir hazırlaşırıq, buna görə qarşıdakı oyunlarda kobud səhvlər olmamalıdır.
Meydanda öz gücümüzü göstərə bilsək, qələbələr qazanacağıq".
Basketbolçu NTD-yə keçidi haqqında da danışıb: "Mənim üçün böyük bir fürsət idi, ona görə də bu klubu seçdim.
Cari mövsümdə əsas məqsədimiz pley-offa çıxmaq və çempion olmaqdır. Komanda şəklində bunları etsək, şəxsi məqsədlərim də reallaşacaq.
Tam oxu
Xəbəri oxu