Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aparıcı Nübar Əbil Space TV-də fəaliyyətə başlayır.
Axşam.az xəbər verir ki, o, “Səhər növbəsi” verilişində aparıcılıq edəcək. Bu barədə Nübar sosial şəbələdə məlumat yayıb:
"Mən səhərin sehrinə həmişə inanmışam, çünki ümidin səhərlər çiçəkləndiyini yaxşı bilirəm. Elə ona görə həftə içi 5 gün səhər saat 8-dən 10-a qədər Space TV-də tamaşaçıların görüşünə gələcəyimi bildirmək istəyirəm".
Qeyd edək ki, Nübar əvvəllər AzTV-də yayımlanan “Günə davam” proqramında çalışıb. O, daha sonra fəaliyyətini "Mədəniyyət TV"də davam etdirib.