Icma.az, Tribuna portalına istinadən məlumat verir. “Erməni xəstəliyi” haqqında çox danışılıb.
Bu xəstəliyin müalicəsinin olmadığı da zamanla sübut olunub.
Məsələ belədir ki, bu xalqın önündə gedən ziyalısı belə o xəyaldadır ki, bütün dünya ermənilərin olub.
Hətta rus bloggerin verilişində İrəvan Tarix İnstitutunun elmi işçisi iddia edib ki, İsa Peyğəmbərdən öncə onlar xristianlığı qəbul ediblər.
Yəni nonsens… Tribunainfo.az xəbər verir ki, ermənilər bu dəfə Nuh peyğəmbəri “erməni” çıxarıblar.
Çoxsaylı oxucusu olan “Ermənistan Xəbərləri” saytında bununla bağlı yazı dərc olunub və həmin məqalədə Azərbaycan “ittiham” belə edilib.
Həmin məqalədə qeyd edilir ki, Nuh Peyğəmbər milliyyətcə erməni olub. “Nuh Peyğəmbər əslən erməni olub və o, ermənilərin ilk patriarxıdır”.
Amma onların iddiası bununla da bitməyib. Məqalə müəllifləri yazıblar ki, guya, Nuhun gəmisi Ağrı dağına dəyərək dayanıb, sonradan Nuh düzən