Numan Kurtulmuş Azərbaycana gələcək

22.06.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş 23-24 iyun tarixlərində Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin (İƏT-İB) 20-ci Konfransında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Azərbaycandakı səfirliyi yayıb.
Bildirilib ki, Bakıda keçiriləcək konfransda Kurtulmuşun Yaxın Şərqdə cərəyan edən proseslər, İslam ölkələri arasında siyasi, iqtisadi və parlament əməkdaşlığı barədə danışacaq, müharibələr və böhranlar nəticəsində didərgin düşmüş milyonlarla insan üçün beynəlxalq həmrəyliyə çağırış mesajları verəcək.
TBMM sədri, həmçinin iştirakçı ölkələrdən olan həmkarları və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью