Numan Kurtulmuş: İƏT kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var

24.06.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

"İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda islahatlara ehtiyac var”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib.

TBMM sədri bildirib ki, həm institusional, həm siyasi, həm də ideoloji baxımdan yeni islahat prosesinə ehtiyac var: “Yəni həm dövlət qurumlarının, həm İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda islahatlar aparılmasına, institusional imkanların artırılması, İslam ölkələrində iştirakçılığın, demokratiyanın və İslami prinsiplərlə desək, məşvərətin (şuranın) gücləndirilməsi lazımdır. Qarşımızda yeni imkanlar çıxır. İslam ölkələri potensialını birləşdirərək imkanlarımızı ortaq strategiyalara və ortaq layihələrə çevirərək, qarşıdakı dövrdə İslam coğrafiyası dünyanın yüksələn ulduzlarından biri ola bilər.
Biz də – İslam coğrafiyasının tam mərkəzində yerləşən Azərbaycan və Türkiyə kimi ölkələr – bundan faydalanmalıyıq. Bundan istifadə etmək ayrı-ayrılıqda bütün ölkələrimizin maraqlarına xidmət edir.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью