Numan Kurtulmuş Yaponiyaya səfər edəcək

15.02.2025

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş fevralın 16-20-də Yaponiyaya rəsmi səfər edəcək.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Numan Kurtulmuş paytaxt Tokioda Yaponiya Nümayəndələr Palatasının sədri Fukuşiro Nukaqa və Yaponiya Məşvərət Məclisinin sədri Masakazu Sekiquçi ilə təkbətək görüş keçirəcək. Tərəflər həmçinin heyətlər arasında baş tutacaq görüşə də sədrlik edəcəklər.

Səfər çərçivəsində parlamentlərarası əlaqələr, Qəzza başda olmaqla qlobal və regional məsələlər müzakirə olunacaq. Numan Kurtulmuş və onu müşayiət edən nümayəndə heyəti Yaponiyada yaşayan türklərlə də görüşəcək.

Numan Kurtulmuş həmçinin Türkiyə Yunus Əmrə İnstitutunu və Tokio məscidini ziyarət edəcək, həmçinin Sasakava Vəqfinin təşkil etdiyi “Yaxın Şərq və Türkiyədə Sülh Perspektifi” adlı konfransda da çıxış edəcək.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Hakan Fidan Almaniyada bir sıra ikitərəfli görüşlər keçirdi

Dünya

Müğənni Natalya Nemelyainen Krımda öldürülüb

Dünya

Tacikistana daha çox rusiyalı turist gəlir

Dünya

72 yaşlı polkovnik fırıldaqçılara 8 milyon rubl verib

Dünya

Tailandlı taksi sürücüsü rus qadını döyüb

Dünya

Qadın TCC əməkdaşları ilə birlikdə özünü partladıb

Dünya

Belarusun şərq sərhədi Avropanın təhlükəsizlik xəttinə çevrilməlidir

Dünya

Finlandiyanın dörd deputatı Rusiyaya gözlənilməz müraciət edib

Dünya

Zelenski rejiminin süqutu zaman məsələsidir?..

Dünya

ABŞ senatoru Qrem: "Zelenskini dişlərinə qədər silahlandırın"

Dünya

Zelenski 2024-cü ildə Ukraynanın itirdiyi ərazilərin adını verib

Dünya

Polşa həbsxanalarında olan əcnəbilərin yarıdan çoxu ukraynalıdır

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью